Müğənni Svetlana Loboda Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı pisləyib ölkəni tərk etdikdən sonra Rusiyadakı evini 850 milyon rubl qarşılığında satıb.
OLAY yazır ki, keçmiş “VIA Gra” qrupunun solisti olan Lobodanın Moskva vilayətində yerləşən 1200 kvadratmetrlik malikanəsi 2023-cü ildən bəri satıla bilmirdi və bu müddət ərzində aylıq 1,3 milyon rubl qarşılığında kirayəyə verilirdi. May ayında əmlakı adı açıqlanmayan bir rusiyalı iş adamı alıb.
850 milyon rubl qarşılığında satılan mülkə üç mərtəbə, dörd yataq otağı, iki yemək otağı, hovuz, bilyard otağı, jakuzzi, bağ, mebel və xidmət heyəti üçün yaşayış sahəsi daxildir.