Rusiyalı aktyor Yuri Tsurilo uzun müddət onkoloji xəstəliklə mübarizə apardıqdan sonra 79 yaşında vəfat edib.

OLAY yazır ki, sənətçinin ölüm xəbərini oğlu Vsevolod sosial şəbəkə hesabında paylaşıb.

“Bu gün atamı itirdik! Dünyanın ən gözəl insanı, ən yaxşı atası, möhtəşəm aktyor Yuri Tsurilo dünyasını dəyişdi! Allah rəhmət eləsin! Əbədi olaraq xatirələrimizdə yaşayacaq!” — deyə oğlu yazıb.

Yuri Tsuriloya geniş şöhrət qazandıran rol Aleksey Germanın “Xrustalyov, maşını!” filmində general-mayor “Yuri Klenskin”in obrazı olub. O, həmçinin “Banditski Peterburq” serialının üç mövsümündə rol alıb və “Tanrı olmaq çətindir”, “Kukotskinin kazusu”, “Axmaq”, “44-cü ilin avqustunda”, “Diversant”, “Qroza qapıları”, “Çernobıl”, “Qara dəniz” və digər layihələrdə iştirak edib.

Rus aktyor vəfat etdi