Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir.

OLAY yazır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və müxtəlif dünya liderləri tədbirdə iştirak ediblər.

Açılış mərasimində xüsusi qonaq kimi Roza Zərgərli də səhnə alıb. O, 51 minlik Bişkek Stadionunda meqahiti “İstədim” mahnısını səsləndirib.

Qeyd edək ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.
Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir.