Müğənni Roza Zərgərli xarici ölkələrdə çıxışlarına davam edir.
OLAY yazır ki, ötən günlərdə sənətçi “Новая волна” festivalında çıxış edib. Kazanda baş tutan tədbirdə Roza “İstədim” meqahitini və “Kino” mahnısını səsləndirib. O, gecədə iki libas geyinib.
Ardınca isə Zərgərli Qazaxıstanın Kostanay vilayətinin Rudnıy (Рудный) şəhərinin Şəhər Günü tədbirinə qatılıb.
Sənətçi burada dünyaca məşhur müğənni Heddeveylə birgə səhnə alıb.
Bütün bunların fonunda isə Zərgərlinin “İstədim” mahnısı öz uğurunu sürdürməkdə davam edir. Hazırda mahnı “Shazam Russia”da ən çox axtarılanlar siyahısında 25-ci pilləyə yüksəlib.