Xalq artisti Röya Ayxan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət baş idarəsinin təşkilatçılığı ilə təşkil olunan xüsusi konsert proqramı ilə çıxış edib.

OLAY yazır ki, konsert Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunub və liseyin kursantları üçün keçirilib.

Vətənə sevgi, birlik və qürur hisslərinin ön planda olduğu gecədə sənətkarın səsləndirdiyi vətənpərvər ifalar kursantlar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Yeni il öncəsi keçirilən bu konsert gənc hərbçilər üçün həm mənəvi dəstək, həm də unudulmaz bayram ovqatı yaradıb.