Dünyaca məşhur müğənni Castin Biberin həyat yoldaşı, 29 yaşlı Heyli Biber ailə barədə fikirlərini bölüşüb.

OLAY yazır ki, o, birdən artıq uşaq istədiyini etiraf edib və bəzən çoxuşaqlı ana olmağı düşündüyünü söyləyib, çünki onun üçün ailə "həmişə çox vacib olub".

"Əlbəttə, birdən artıq uşaq istəyirəm, amma addım-addım irəliləyirəm. Bəzən iki, bəzən hətta beş uşaq istəyirəm. Uşaqlıqdan bəri evlənməyi, uşaq sahibi olmağı və ailə qurmağı arzulamışam", - deyə o bildirib.

Rihannaya rəqib olmaq istəyir