Reper Eysəp Rokki həyat yoldaşı Rihanna haqqında diqqətçəkən açıqlamalar verib.
OLAY yazır ki, “Rihannanın uğuru mənim uğursuzluğum deyil” deyə sözlərinə başlayan reper “Rihannanın milyardlarla dolları, mənim isə milyonlarla dollarım var. Onun uğuru mənim uğursuzluğum deyil. Sevgilimlə fəxr edirəm. Məndən daha varlı olması heç kimin məni özünə güvənsiz hiss etdirməsinə səbəb ola bilməz.”