Rusiyalı bloger Kseniya Şipilova öz “Telegram” kanalında yaxın zamanda dördüncü dəfə hamilə olduğu ehtimal edilən Rihannanın həqiqətən də hamilə olduğunu bildirib.

OLAY yazır ki, bundan əlavə, Şipilovanın sözlərinə görə, 38 yaşlı müğənni əkiz uşağa hamilədir. “Los-Ancelesdən olan dostlarım Rihannanın əkiz uşağa hamilə olduğunu dedilər. Daha mahnılar və yeni albomlar gözləməyin!” deyə bloger yazıb.

Qeyd edək ki, Rihanna reper Eysəp Rokkidən olan üç övladını böyüdür: dörd yaşlı oğlu Riza, iki yaşlı oğlu Riot və 10 ay əvvəl dünyaya gələn qızı Roki.

“Rihanna əkiz uşağa hamilədir” “Rihanna əkiz uşağa hamilədir”