Mərhum türk tarixçi professor İlber Ortaylının qızı Tuna Ortaylı atasına məxsus fincan, vaza və digər müxtəlif əşyaları “WhatsApp”dakı ikinci əl satış qruplarında 200–800 lirə arasında dəyişən qiymətlərlə satışa çıxarıb.

OLAY yazır ki, bu paylaşımlar gündəmə gəldikdən sonra bəzi sosial media istifadəçiləri həmin əşyaların satışını “hörmətsizlik” kimi qiymətləndirərək narazılıqlarını ifadə ediblər.

Gələn tənqidlərdən sonra Tuna Ortaylı satışları dayandırdığını bildirərək “Bu münasibətlə artıq həmin qrupda başqa heç bir satış etməyəcəyəm. Daha əvvəl alış edən hər kəsə xatirə meşəsinə verdikləri töhfəyə görə təşəkkür edirəm” deyə bildirib.

Qızı əşyalarını 7-8 manatdan satır…