Müğənni Keti Perri və Kanadanın keçmiş baş naziri Castin Trudo qırmızı xalçada ilk dəfə cütlük kimi birlikdə görünüblər.
OLAY yazır ki, tədbir “Katy Perry: The Lifetimes Tour – Live from Paris” sənədli filmi və konserti ilə bağlı olub. Məşhurun sevgilisi bu vacib gecədə onun yanında olub və dəstəkləyib.
Keti və Castin hisslərini gizlətməyiblər. Onlar qırmızı xalıda qucaqlaşıb öpüşərək eşqlərini sübut ediblər.