Ssenarist Marqarita Maleyeva 89 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə aktyor Cavanşir Hadiyev sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, M.Maleyeva 1937-ci ildə anadan olub. O, Azərbaycan SSR xalq artisti, kinorejissor, ssenarist, mərhum aktyor Əjdər İbrahimovun həyat yoldaşı idi. M.Maleyeva xüsusilə “Qayınana” filmində ssenari müəllifi kimi iştirak edib. Filmin kinossenarisini rejissor Əjdər İbrahimovla birlikdə yazıb. Bundan başqa, o, “Qəribə adam”, “Narahat adam” və bir sıra filmlərin ssenari müəllifi olub.
Qeyd edək ki, Əjdər İbrahimov 1993-cü ildə, 74 yaşında vəfat edib.