Aparıcı Azər Süleymanlı qızı Laylayla bağlı paylaşım edib.

OLAY yazır ki, A. Süleymanlı övladı ilə fotolarını paylaşaraq bunları yazıb:

“Tez-tez məndən soruşurlar ki, niyə Oğuz kimi Layla haqqında da yazmırsınız, şəkillərini çox paylaşmırsınız? Çünki onun hekayəsində mənim sözlərimin, cəsarətimin çatmadığı yerlər var. Qanamasından qorxduğum izlər var. Elə bil kəpənəkdir - ona “toxunmağa”, oxşamağa, onu paylaşmağa içimdə həmişə bir ehtiyat dolaşar. Elə möcüzələr var ki, insan onları danışmaqdan çox qorumaq istəyir. Layla da mənim həmin möcüzəmdir…

Amma özü bütün olanlardan xəbərsizdir - yaşadıqlarından, uğrunda yaşadıqlarımızdan. Dünyanın onu necə sərt salamlamasından, ailəsindən əvvəl necə adamlarla tanışlığından və bu savaşdan necə qalib çıxdığından…

Nə qəribədir, bir vaxtlar həyatdan yapışan balaca əlləri ilə indi də qolumdan tutunur! Bütün bunlara görə Layla haqqında danışmaq mənim üçün heç vaxt mümkün olmur…”.