Aparıcı Zümrüd Bədəlova ad günü ilə bağlı kövrək paylaşım edib.

OLAY yazır ki, Zümrüd ad günü videosu çəkmək istəmədiyini bildirib:

“İstəyirəm ki, yeni yaşımda Allaha şükürümü sizin qarşınızda bildirim. Hər gün bu şükürləri edirəm. Sağlam olduğuma, yaşadığıma, yanımda ailəm və əzizlərimin olduğuna, milyonlarla şükür olsun Allahım. Ola bilər ki, qadın kimi heç vaxt xoşbəxt olmadım. Amma o xoşbəxtliyi işimdə, balamda gördüm. Yeni yaşımda ancaq balamın sağlamlığını, valideynlərimin, doğmalarımın yanımda sağlam olmaqlarını arzu edirəm. Yeni yaşın mübarək olsun, Zümrüd Bədəlova”.