Rusiya Federasiyasının prezidenti Vladimir Putin rusiyalı qadınların nə vaxt uşaq dünyaya gətirməli olduqları barədə fikirlərini açıqlayıb və doğum səviyyəsinin azalmasının səbəbinin Ukraynadakı müharibə (SVO) olması ilə bağlı iddiaları təkzib edib.
OLAY yazır ki, 73 yaşlı Rusiya prezidenti demoqrafik vəziyyəti Şərq İqtisadi Forumu (VEF) çərçivəsində keçirilən sessiyada müzakirə edib. Putinin sözlərinə görə, müəyyən mərhələdə Rusiya qadınların ilk övladlarını əsasən 30 yaşdan sonra dünyaya gətirdiyi Qərbi Avropanın nümunəsini izləməyə başlayıb. Onun fikrincə, rusiyalı qadınlar ilk uşağı artıq təxminən 29 yaşında dünyaya gətirməyi mümkün və məqsədəuyğun hesab etməyə başlayıblar. Bir uşağı böyüdüb ayağa qaldırana qədər isə ikinci övlad üçün artıq imkan qalmır.
Putin doğum haqqında danışdı