Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb.

Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Sərgidə Prezident İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.

OLAY tədbirdən özəl kadrları təqdim edir: