Kriştiano Ronaldo Portuqaliya millisini tərk edib.

OLAY yazır ki, buna səbəb onun baş məşqçi Jorje Jezusla münaqişəsi olub.

27 sentyabrda hücumçu 18 ildən sonra ilk dəfə milli komandanın rəsmi oyununda meydana çıxmayıb. Portuqaliyanın qələbəsi ilə başa çatan Millətlər Liqasının Norveçlə oyununu Ronaldo tamamilə ehtiyat oyunçular skamyasında keçirib. Qarşılaşmadan sonra əsəbi olduğu görünən futbolçu komandanın məşqinə də qatılmayıb.

Daha sonra yerli KİV Jorje Jezus və Ronaldonun görüşərək aralarındakı fikir ayrılıqlarını həll etdiyini yazıb. Lakin Danimarka ilə qarşıdakı oyun ərəfəsində baş məşqçi 41 yaşlı futbolçunun bu matçda da iştirak etməyəcəyini açıqlayıb.

Nəticədə Kriştiano Ronaldo milli komandanın tərk edib və sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. O, ayrılmasının səbəbləri ilə bağlı həqiqəti yaxın zamanda açıqlayacağını bildirib.

Portuqaliya milli komandasını tərk etdi