Əfsanəvi səsləndirmə aktyoru Piter Kallen 85 yaşında vəfat edib.

OLAY yazır ki, aktyor Los-Ancelesdəki evində dünyasını dəyişib. Ölüm səbəbi hələlik təsdiqlənməyib.

Qeyd edək ki, kanadalı səsləndirmə aktyoru ən çox “Transformers” franşizasında “Optimus Prime” obrazına səs verməsi ilə tanınıb. O, ilk dəfə 1980-ci illərin orijinal animasiya serialında “Autobotlar”ın liderini səsləndirib, daha sonra bu rola bədii filmlərdə və “Transformers”lə bağlı digər layihələrdə qayıdıb.

Kallen həmçinin “Vinni-Pux” haqqında “Disney” cizgi filmlərində “Eeyore” obrazını, eləcə də “Çip və Deyl: Xilasetməçilər”də “Monterrey Cek” və “Cəngavər-atlı” serialında “KARR” kimi personajları səsləndirib. O, animasiya və səsləndirmə sahəsində altı onillik fəaliyyət göstərib.