“Evdə tək” filminin ulduzu Ketrin O'Hara tarixdə ölümündən sonra “Ekran aktyorları Gildiyası mükafatı”nı alan ilk qadın olub.
OLAY yazır ki, 30 yanvar 2026-cı ildə vəfat edən Ketrin O'Hara ölümündən sonra işinə görə gündəm olub.
O, “Movie Studios”da Patty Li obrazını parlaq şəkildə canlandırdığına görə “Komediya serialında qadın aktyorun ən yaxşı performansı” mükafatına layiq görülüb.
Baş rolda olan Set Roqen tamaşaçıları göz yaşlarına qərq edən təsirli çıxışı ilə mükafatı onun adından qəbul edib. O “Ketrin səxavətli, mehriban və qətiyyətli idi. Hər gün çəkilişdə o, şounu oğurlaya bilərdi və bunu asanlıqla etdi...”, - deyə, qeyd edib.