77 yaşında vəfat edən Kadir İnanırın ən çox yaraşdırıldığı tərəf müqabili olan Türkan Şorayın acı xəbəri alandan sonra hali pisləşib.

OLAY yazır ki, meneceri Bircan Silanın telefon zəngi ilə Kadir İnanırın vəfat etdiyini öyrənən Şorayın halı pisləşib və o, telefon danışığını davam etdirə bilməyib.

Qeyd edək ki, Türkan Şoray və Kadir İnanır “Yeşilçam” tarixində ən xarizmatik, ən əfsanəvi və tamaşaçılar tərəfindən ən çox sevilən baş rol cütlüklərindən biri hesab olunur.

Ölüm xəbərini aldı, halı pisləşdi