Dünən “Bebek Oteli” əməliyyatı çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Oktay Kaynarca ikinci dəfə açıqlama yayıb.

OLAY yazır ki, aktyorun açıqlamasında bu sözlər bildirilib:

“Yaşadığım bu prosesdə mənə yönəldilən ittihamlar qarşısında yanımda olan, dəstəyini hiss etdirən bütün dostlarıma və sevənlərimə təşəkkür edirəm. Bu, illərdir necə doğru bir mövqedə dayandığımın sübutudur. Bu müddət ərzində qanun-qayda çərçivəsində və nəzakəti əldən vermədən vəzifəsini yerinə yetirən hüquq-mühafizə orqanlarına da təşəkkür etməyi borc bilirəm. Barəmdəki ittihamlara cavab verməyi bu mərhələdə artıq görürəm. Çünki Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən tezliklə təqdim olunacaq hesabat, kifayət qədər cavab olacaqdır. Hesabat gəldiyi anda onu şəxsən ictimaiyyətlə paylaşacağam. Qaldı ki, bu günə qədər narkotiklə mübarizə sahəsində iştirak etdiyim konfranslar ortadadır.

Biz dövlətini və millətini sevən insanlarıq. İndiyədək heç kimin buna şübhəsi olmayıb, olmayacaq da! Narkotiklə mübarizə məsələsində məhkəmənin arxasında olduğumu və bu sahədə görülən bütün fəaliyyətləri dəstəklədiyimi xüsusi olaraq vurğulamaq istəyirəm”.