26 yaşlı Brouklin Bekhem, valideynləri Devid və Viktoriya Bekhemlə şəxsi əlaqəni tamamilə dayandırmaları barədə məlumat verib.
OLAY yazır ki, o, onlardan yalnız vəkillər vasitəsilə əlaqə saxlamalarını tələb edib.
Bruklin və həyat yoldaşı Nikola Peltz – mediada yayılan və onların reputasiyasını zədələdiyini düşündükləri xəbərlərə görə bu addımı atıb. Söhbət Bruklinin guya “həyat yoldaşının təsiri altında olduğu” barədə yazılardan gedir.
2025-ci ilin yayında başlayan gərginliyin daha da dərinləşməsinə səbəb isə Viktoriya Bekhemin Instaqramda oğlunun paylaşımını “like” etməsi olub. Bruklin bunu ailə münaqişəsinin yenidən ictimailəşdirilməsi cəhdi kimi qiymətləndirib. Həmçinin atasının cəngavərliyə yüksəldilməsi mərasiminə göndərilən dəvət də onu qıcıqlandırıb.
İddialara görə, Nikola Peltz ərinin valideynlərini “toksik” adlandırır və Bruklin də bu mövqeyi paylaşır. Cütlük 2025-ci ilin yazından etibarən ailə ilə əlaqəni demək olar ki, tam kəsib.