Türk müğənni Cem Belevi ötən gün Nişantaşında görüntülənib.

OLAY yazır ki, Urlada yaşayan müğənni “İstanbula tez-tez gəlib-gedirəm. Hazır gəlmişkən, bu günü alış-verişə ayırdım” deyə bildirib.

Bir neçə gün əvvəl Alaçatıda dənizə girərkən görüntülənən və artıq çəkisi ilə diqqət çəkən Belevi həmin fotosu ilə bağlı suallara gülərək pəhrizə başladığını açıqlayıb:

“Orada işıq tərsdən düşüb, coğrafi ofsayd var, Urlanın verdiyi rahatlıq var! Bir az kökəlmişəm, amma həmin foto yayılandan bəri ac gəzirəm. İdmana da başlamışam.”

“O fotodan sonra ac gəzirəm” “O fotodan sonra ac gəzirəm”