“Show TV”nin məşhur “Kızılcık Şerbeti” serialında heyət yenilənir.
OLAY yazır ki, Feyza Civelek, Neslihan Yeldan və Barlas Kartaldan sonra serialın əsas obrazlarından biri olan Nursemanı canlandıran Ceren Karakoç da yeni mövsümdə yer almayacaq.
Bu ayrılıqlarla ilk mövsümün ana heyətindən yalnız Evrim Alasya və Barış Kılıç qalıb.
Çəkilişləri ayın sonunda başlayacaq serialın yeni mövsümü 18 sentyabrda nümayiş olunacaq.