44 yaşlı Uels şahzadəsi Keyt Middlton həyat yoldaşı Şahzadə Uilyamı qardaşı Şahzadə Harri ilə görüşməyə razı salmağa çalışır.
OLAY yazır ki, Uilyam hazırda belə bir görüşdə iştirak etməyi planlaşdırmır, lakin vəziyyət dəyişə bilər. İnsayder Keyt Middltonun həm Meqan Markl, həm də uşaqlar ilə görüşmək istədiyini deyib.
Mənbə əlavə edib ki, Kate Uilyamın qərarına hörmətlə yanaşsa da, bu görüşün baş tutmasına ümid edir.