“Sihirli Annem” serialının Tuğçesi Damla Ersubaşı Doğukan Güngörün “Kızılcık şerbeti”ndən çıxarılmasına reaksiya verib.

OLAY yazır ki, Damla serialın ssenaristinin qızı Feyza Civeleklə bağlı sərt sözlər səsləndirib:

“Ssenaristin qızı bu qədər olaylar yaşamasına baxmayaraq çıxıb üzr də istəmədi. Niyə Doğukan bu hörmətsizliyə məruz qalır? Hər insan səhv edə bilər”.