“Avroviziya” qalibimiz Nigar Camal əməliyyat olunub.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat verib.

Müğənni bildirib ki, evində xəsarət alıb:

“Bu gün gözlənilmədən evdə xəsarət aldım. Hazırda reabilitasiya prosesindəyəm. Tezliklə ayağa qalxacağam. Köməyimə tez çatan Təcili Tibbi Yardıma, əməliyyatımı gerçəkləşdirən həkimlərə və tibb işçilərinə xoş və peşəkar davranışları üçün təşəkkür edirəm.

Təəssüflə bildirirəm ki, 31 iyul The Place-də gerçəkləşəcək olan konsertimizi təxirə salırıq. Tezliklə yeni vaxtı açıqlayacağıq. Həmçinin digər tədbirlərdə də iştirakımız mümkün olmayacaq.

Özünüzü qoruyun və ehtiyatlı olun!”.

Nigar xəsarət alıb, əməliyyat olundu