Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Qonaqcanlı”da yer alan sənətçi illər öncə onu zəhərləməyə çalışan şəxslərdən danışıb:
“Belə hallar çox olub ki, məni zəhərləmək istəyiblər. Hamısının üstündən keçmişəm. Məni Allah yaradıbsa, o da qoruyacaq. Əgər Allahın yanında günahkaramsa, günah işim olubsa, mənə çayda verilən zəhərlə yox, yolda da gedəndə başıma bir iş gələ bilər. Bilmişəm ki, kim zəhərləmək istəyib. Üzlərinə vurmamışam, heç nə olmamış kimi salamlaşmışam. Mən bağışlayıram, amma o insanı tanıyıram”.