Müğənni Britni Spirs on ildən artıq müddət ərzində tabe olduğu uzunmüddətli qəyyumluğun onun həyatında yaratdığı fəsadlardan danışıb.

OLAY yazır ki, sənətçi yeni paylaşımında etiraf edib ki, yaşadığı təcrübə insanlara münasibətini ciddi şəkildə dəyişib və yaxın münasibətlər qurmaq qabiliyyətinə təsir göstərib. Yaşadığı hadisələr ətrafındakı insanlara münasibətinə fərqli baxmasına səbəb olub.

Onun sözlərinə görə, əvvəllər insanlara qarşı sahib olduğu xüsusi həssaslığı və etibarı itirib. “Düşünürəm ki, bu müddət ərzində insanlara yanaşarkən sahib olduğum o müqəddəsliyi itirmişəm. Çünki daxilən çox həssas və utancaq biri idim. Qurduğum səmimi münasibətlər üçün darıxıram” deyə sənətçi etiraf edib.