“Çox qəribədir ki, gecə 01:00-dan sonra xoşbəxtlik hissi duyuram. Hamı yatanda, bayırdan maşın səsi gəlməyəndə, sükutdan, təklikdən, düşünməkdən zövq alıram”.

OLAY yazır ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri qeyd edib.

Sənətçi bildirib ki, şəhərin səs-küyündən uzaqda xoşbəxt ola bilərmiş:

“Bir də səhərə yaxın quşların səsi, günəş çıxmazdan öncə göy üzünün rəngləri necə gözəl olur…

Şəhər oyananda, səs-küy başlayanda isə yatmaq istəyirəm. Düşünürəm ki, gözəl təbiəti olan, şəhərdən uzaq bir yerdə yaşayıb xoşbəxt ola bilərdim. Ağacları, gülləri sulamaq, ev heyvanlarının qayğısına qalmaq mənə rahatlıq verir.

Dünyanı sosial şəbəkələrlə yox, uşaqlıqda oxuduğum kitablarla tanımaq daha gözəl idi. Mən müasir həyata öyrəşə bilmirəm. Müasir insanların saxtalığı məni yorub”.