Mövsümlərin dəyişməsi ilə həm geyimlərimiz, həm də ayaqqabı seçimlərimiz dəyişir. Kombinasiyalarımızın ən önəmli tamamlayıcı parçası olan ayaqqabılar isə hər dəfə fərqli modellərlə ortaya çıxır.

OLAY ən dəbli ayaqqabı nümunələrini kəşf etmək üçün beş payız-qış trendini təqdim edir:

Platforma ayaqqabılar

Mövsümün trend ayaqqabıları bunlardır!

Sezonun ən məşhur ayaqqabıları olan yüksək platformalarla möhtəşəmliyi ikiqat artırmağın vaxtıdır. Boyu ilə hər mühitdə diqqət çəkən bu model zərif dizaynı ilə mövsümün ulduzudur.

Yağış dostu

Mövsümün trend ayaqqabıları bunlardır!

Dizdən yuxarı yağış çəkmələri olmadan payız mövsümü ağlasığmazdır, elə deyilmi? Bu model yağışlı gündə ən yaxın dostunuz ola bilər.

Heyvan naxışları

Mövsümün trend ayaqqabıları bunlardır!

Zamansız zərifliyin simvoluna çevrilən heyvan naxışları bu mövsüm nazik daban və qıfıl aksesuaları ilə yenilənir. 

Absurd

Mövsümün trend ayaqqabıları bunlardır!

Özünəməxsus dizaynları ilə seçilən Loewe deyir ki, ayaqqabılarınızın kombinasiyanızın əsas rolu olmasına icazə verin. Gerçək əşyalardan ilhamlanan daban detalları bu mövsüm çox diqqət çəkir.

Platforma çəkmələr

Mövsümün trend ayaqqabıları bunlardır!

Platforma ayaqqabı modelindən ən çox istifadə edən markalardan biri olan “Versace” qış çəkmə dizaynında da hündür dabanlara üstünlük verir.