Sosial şəbəkələrdə rusiyalı bloger Anastasiya Mironovaya məxsus “Predubezhdai” brendi ətrafında yeni qalmaqal yaranıb.
OLAY yazır ki, brendin hesabında saç üçün ətirin məzarı əks etdirən foto ilə reklamı paylaşılıb. İzləyicilər şərhlərdə görüntünü tənqid edərək belə paylaşımların yersiz olduğunu bildiriblər. Həmçinin Anastasiya Mironovanın boykot edilməsini tələb edənlər də olub.
Anastasiya Mironova brendinin saç ətirinin məzar fotosundan istifadə edilən reklamına yönələn kütləvi tənqidə cavab verib.
“Ümumi həssaslığı nəzərə alaraq bu məsələyə münasibət bildirəcəyəm: “Predubezhdai“ mənim tərəfimdən qoruyub saxladığım xatirələrin arxivi kimi yaradılıb. Bunlar hər kəsə ağrılı dərəcədə tanış olan xatirələrdir. Xüsusilə də sevimli ev heyvanlarının itkisi ilə bağlı yaşanan ağrı” deyə Mironova bildirib.
Qeyd edək ki, Anastasiya Mironova Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Navainin keçmiş sevgilisidir.