Ustad aktyor Metin Akpınarın 1980-ci illərdə Suphiye Orancı ilə yaşadığı evlilikdən kənar münasibətdən doğulan əkiz qızlarından Duygu Nebioğlu tərəfindən açılmış təzminat iddiası yeni mərhələyə keçib.

OLAY yazır ki, Duygu Nebioğlu açıqlayıb ki, atası Metin Akpınar barəsində verilmiş 6 milyon lirəlik təzminat qərarına atası etiraz edib. Nebioğlu bildirib ki, iş üst məhkəməyə göndərilib. O, açıqlamasında belə deyib:

“Bioloji atam Metin Akpınara qarşı açılmış mənəvi təzminat tələbli işin nəticəsində məhkəmə tərəfindən 6.000.000 TL təzminat qərarı çıxarılıb. Bioloji atam tərəfindən bu qərara etiraz edilərək iş üst məhkəməyə göndərilib.