İnternetdə Lionel Messinin hazırda futbolun yeni ulduzlarından biri olan, “Barselona” klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamalı çimizdirdiyi təsirli foto sürətlə populyarlıq qazanır.
OLAY yazır ki, Argentina dünya çempionatının finalına yüksəlib və indi komandanın kapitanı Messi həlledici oyunda İspaniya və 19 yaşlı istedad Lamin Yamalın qarşısına çıxacaq. Maraqlıdır ki, onların yolları hələ 2007-ci ildə kəsişib. Həmin vaxt 20 yaşlı Messi xeyriyyə məqsədli fotosessiyada iştirak etmiş və balaca Lamini çimizdirib. O zaman heç kim bu körpənin gələcəkdə dünya futbolunun ən parlaq ulduzlarından birinə çevriləcəyini təsəvvür etmirdi.