Lionel Messi Argentina milli komandasında karyerasını başa vurduğunu açıqlayıb.
OLAY yazır ki, futbolçu şəxsi bloqunda gənc oyunçulara yol vermək istədiyini bildirib və 20 illik dəstəyə görə azarkeşlərə təşəkkür edib.
“Bu, məni çox yaralayan məqamlardan biridir. Mən milli komandada olmağı sevirdim, sevirəm və həmişə sevəcəyəm. Özümü tamamilə tükətdim, artıq verə biləcəyim heç nəyim qalmayıb” deyə Messi yazıb.
Xatırladaq ki, avqustun əvvəlində onun atası Xorxe vəfat edib. O, uzun müddət ağır xəstəliklə mübarizə aparırdı. Futbolçu etiraf edib ki, dünya çempionatını məhz atası üçün qazanmağa çalışıb. Atası dəfələrlə oğlundan bu turnirdə çıxış etməsini istəyib, lakin səhhətinin pisləşməsi səbəbindən oyunları şəxsən izləyə bilməyib.