Britaniyalı müğənni Bonni Tayler 75 yaşında vəfat edib.

OLAY yazır ki, ulduzun ölümü cərrahi müdaxilədən sonra baş verib. Yazda Tayler yaşadığı Portuqaliyadakı xəstəxanada bağırsaqla bağlı təcili əməliyyat keçirib. Bundan sonra həkimlərin sözlərinə görə, sağalma prosesini sürətləndirmək məqsədilə onu süni komaya salıblar. Daha sonra həkimlər onu yenidən şüurlu vəziyyətə gətiriblər, lakin həmin vaxt onun hələ də özünü çox pis hiss etdiyi və reanimasiyada olduğu bildirilmişdi.

Tayler “Holding Out for a Hero”, “It's a Heartache”, “Together” kimi hit mahnıları ilə məşhurlaşıb. Müğənni üç dəfə “Qremmi” mükafatına namizəd olub.