Türk aktyor Ahmet Kural həyat yoldaşı Çağla Gizem və uşaqları ilə birlikdə kamera qarşısına keçib.

OLAY yazır ki, Kural və vəkil Çağla Gizem Çelik 4 illik münasibətdən sonra 2023-cü ilin iyul ayında Bodrumda ailə həyatı qurublar.

2024-cü ilin aprel ayında ilk övladları Kemalı qucaqlarına alan cütlüyün ikinci övladı Dəmir isə 6 oktyabr 2025-ci ildə dünyaya gəlib.

Sosial mediadan aktiv istifadə edən cütlükdən Çağla Gizem Dəmirin doğum günü münasibətilə çəkilmiş fotoları sosial şəbəkə hesabında paylaşıb.

Məşhur aktyorun oğlu bir yaşında