“Mad Max 2” filmində canlandırdığı obrazla tanınan aktyor Kjel Nilsson 76 yaşında vəfat edib.
OLAY yazır ki, Nilsson cümə axşamı Avstraliyada, dörd il davam edən böyrək xəstəliyi ilə mübarizədən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Kjel Nilsson 1981-ci ildə ekranlara çıxan “Mad Max 2” filmində səhralıqlarda insanlara qorxu saçan qarətçi dəstəsinin maskalı lideri “Lord Humunqus” obrazını canlandırıb.