Britaniyalı aktyor Maykl Birn vəfat edib.
OLAY yazır ki, aktyor 20 iyun tarixində 82 yaşında dünyasını dəyişib. Ölüm səbəbi hələlik açıqlanmayıb.
Londonda anadan olan Maykl Birn aktyorluq karyerasına 1960-cı illərdə teatr səhnəsində başlayıb. O, daha çox “Harri Potter və Ölüm Hədiyyələri – I hissə” filmində “Gellert Qrindelvald”, həmçinin “İndiana Cons və Son Səlib Yürüşü” filmində nasist polkovniki “Ernst Foqel” obrazları ilə tanınıb.