Türk teatrı və televiziyasının sevilən simalarından olan Ruhsar Gültekinin beyninə qan sızıb.
OLAY yazır ki, bu səbəblə təcili əməliyyat olunan sənətçinin müalicəsinin reanimasiya şöbəsində davam etdiyi bildirilib.
Əldə edilən məlumatlara görə, Ruhsar Gültekin qəfil başlayan güclü baş ağrısı və bununla yanaşı müşahidə olunan qusma şikayətləri səbəbilə tibb müəssisəsinə müraciət edib.
İlk mərhələdə yaşadığı narahatlığın miqren tutması olduğunu düşünən aktrisanın ətraflı müayinələrindən sonra beyin qanaması keçirdiyi məlum olub. Həkimlərin apardığı yoxlamalar nəticəsində qanaxmanın dayandığı müəyyən edilib. Aktrisanın müalicəsinin ehtiyat tədbiri olaraq xəstəxanada davam etdirilməsinə qərar verilib.