Mərhum aktrisa Merilin Monro ilə “rok-n-roll”un kralı Elvis Presli arasında bir vaxtlar münasibətin olduğu iddia edilir.

OLAY yazır ki, aktrisa ilə müğənni üçün əvvəlcə PR məqsədilə görüş təşkil edilib. Lakin bu görüş sonradan bir gecəlik münasibətə çevrilib. Həmin dövrdə Merilin dramaturq Artur Miller ilə evli olub.

Bildirilir ki, Elvis Merilini ilk dəfə çəkiliş meydançasında görüb. Onlar göz-gözə gəldikdə hər ikisi bir qədər utanıb. Monro musiqi əfsanəsindən uzaq durmağa çalışsa da, bir müddət sonra bu münasibətə razılaşıb.

Məlumata görə, Elvis aktrisaya zəng edərək kənar şəxslər olmadan görüşməyi təklif edib və Merilin bu təklifi qəbul edib. Onlar görüşən kimi artıq sözə ehtiyac duymadan ehtirasla öpüşməyə başlayıblar.

Elvisin dostu Bayron Rafael öz xatirələrində həmin görüşü belə təsvir edib:

“Mən şokda idim və nə edəcəyimi bilmirdim. İki dəqiqə sonra onlar yataq otağına keçdilər. Mən isə çıxıb-getməli, yoxsa qalaraq onları gözləməli olduğumu bilmədiyim üçün sadəcə mürgülədim. Bir neçə gün sonra Elvislə söhbət zamanı Merilinin adını çəkəndə o dedi: ‘O yaxşı qızdır, amma mənim üçün bir az hündürdür’. Bilirdim ki, bu hadisə onların karyerasını məhv edə bilərdi. Onlar dünyanın ən məşhur insanlarından idilər və Merilin həmin vaxt hələ də evli idi. Buna görə də heç nə demədim.”

Merilin Monro və Elvis Preslinin gizli eşqi... Merilin Monro və Elvis Preslinin gizli eşqi...