İctimai Televiziya “Maska” şousunun ikinci sezonunun yayım tarixini açıqlayıb.
OLAY yazır ki, bu barədə kanalın sosial media hesablarında paylaşım edilib. Bildirilib ki, verilişin ilk buraxılışı 29 mart 21.00-da efirə gedəcək.
Anonsda maskotların adı açıqlanıb. Söylənilib ki, bu dəfə “Qırat”, “Cücə”, “Dönər”, “Yadplanetli”, “Səməni”, “Nərə”, “Vəzir”, “İlbiz”, “Pələng”, “Dəniz” , “İlan və “Pişik” obrazları təqdim olunacaq.
Qeyd edək ki, “Maska”da bu dəfə də dedektivlər Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif olacaq. Birinci sezonun qalibi “Canavar” maskası ilə Dilarə Kazımova olub.