İş qadını Kayli Cenner nəhayət Hidden Hillsdəki malikanəsinə alıcı tapıb.
OLAY yazır ki, Sövdələşmə 15,3 milyon dollara başa gəlib. Halbuki realiti-şounun ulduzu əvvəlcə ev üçün 20,25 milyon dollar istəyirdi. Beləliklə, yekun satış qiyməti ilkin qiymətdən təxminən 5 milyon dollar aşağı olub.
Sahəsi 13 200 kvadrat futdan (təxminən 1 227 m²) çox olan evi Kayli hələ 2016-cı ilin sonunda, cəmi 19 yaşında olarkən alıb. Həmin vaxt malikanəyə 12,05 milyon dollar ödəyib.