İş qadını Kayli Cenner daşınmaz əmlaka etdiyi ən böyük və uğursuz investisiyaları barədə danışıb.

OLAY yazır ki, 29 yaşlı realiti-şou ulduzu Kaliforniyada aldığı dəbdəbəli malikanənin onun üçün psixoloji böhranla nəticələndiyini etiraf edib.

Kayli əvvəllər onun üçün lüks həyatın və dəbdəbəli evin vacib olduğunu düşünür, buna görə də arzusunu gerçəkləşdirməyin önəmli olduğuna inandığını bildirib.

“Belə bir həyat tərzi ilə bağlı fikrimi dəyişdim. Gənc olanda çox həvəsləndim və Beverli-Hillzdə tapa biləcəyim ən qeyri-adi evi aldım. Sadəcə bunu etdim. Amma sonra həyatımın həddindən artıq böyüdüyünü anladım. Bir müddət həyatım üzərində nəzarəti itirdim” deyə Kayli bildirib.

Cenner konkret ünvanı açıqlamayıb. Lakin, söhbət 2018-ci ildə Trevis Skottla birlikdə 13,5 milyon dollara alınan, sahəsi 800 kvadratmetrdən çox olan nəhəng evdən gedir.