Rusiyalı şoumen Maksim Qalkin pərəstişkarlarına hələ də onların “kraş”ı olduğunu xatırladıb.

OLAY yazır ki, 50 yaşlı sənətçi şəxsi bloqunda kifayət qədər cəsarətli video paylaşıb. O, yalnız üzgüçülük geyimində açıq hovuzda uzanaraq əzələli bədən quruluşunu nümayiş etdirib.

Sənətçinin qadın pərəstişkarları isə görüntülərdən olduqca məmnun qalıb və ona çoxlu təriflər yazıblar.