Müğənni Madonna böyük qızı, 29 yaşlı Lourdeslə münasibətlərini bərpa etdiyini açıqlayıb.
OLAY yazır ki, o, açıqlamasında “Qızım Lola ilə birlikdə yazdığım mahnı. Münasibətlərimizi düzəltmək üçün birlikdə mahnı yazmağı o təklif etdi. Bu, çox vacib bir məqam idi və mənə bu albomu yazmağın məhz indi doğru vaxt olduğunu düşündürdü” deyə etiraf edib.
Qeyd edək ki, bir neçə il əvvəl Lourdes anası ilə çətin münasibətlərindən danışıb. Onun sözlərinə görə, Madonna hər şeyi nəzarətdə saxlamağa çalışıb, buna görə də Lourdes erkən yaşlarından müstəqil olmağa məcbur olub.
Hazırda Lourdes Lolahol təxəllüsü ilə mahnılar ifa edir və moda jurnalları üçün çəkilişlərdə iştirak edir.