“Sənətçi bir şeyi təkrar-təkrar və çox edəndə adiləşir. Buna toy da daxildir”.

OLAY yazır ki, bu sözləri sevilən sənətçi Elçin Cəfərov deyib.

“Mədəni şou” verilişində bu həftənin qonağı olan Elçin seçici olduğunu vurğulayaraq hər məclisdə yer almadığını bildirib:

“İllər öncə demişdim ki, sənətçi bir şeyi çox edəndə adiləşir. Bu toya da aiddir. Gedirəm mahnılarımı oxuyuram və səhnədən düşürəm. Təbii ki, zamanla insanın fikri dəyişə bilər, Amma mən bu gün də eyni düşüncədəyəm. Belə halda hissiyat, həyəcan ölür. Amma hər gün toya gedənlərə də pis baxmıram. Təbii ki, toy bizim hamımızın qazanc yeridir, çox da olsa gedəcəyik. Amma, bir reallıq var ki, zamanla insanın həyəcanı ölür. Gün ərzində 3-4 yarım saatlıq məclisə gedəndə artıq dördüncüyə çatanda yorulursan və eyni hissi, emosiyanı dinləyiciyə ötürə bilmirsən.

Təəssüf ki, maddiyata görə nəinki sənət, bütün dünyamız dəyişib.  Amma mən toylarda da seçiciyəm. Olur ki, məclis gəlir və mən ora getmirəm. Bilirəm ki, orada qarşılanma, dinləyici kütləsi mənim ürəyimcə olmayacaq. Bunu da məclisin hansı restornda olmasından, xərclənən məbləğdən anlamaq olur”.

“Maddiyata görə bütün dünyamız dəyişib”