Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “Louis Vuitton“un 2022-ci ilin bahar moda nümayişində gözlənilməz hadisə baş verib. 

OLAY xarici KİV-ə istinadən yazır ki, Luvr Muzeyində keçirilən dəfilənin sonunda modellər sonuncu yürüyüşünü edərkən bir nümayişçi anidən podiuma atılıb.  

Sözügedən şəxs “Həddindən artıq istehlak = nəslin tükənməsi” yazılan bir pankart açaraq tədbiri dağıtmağa çalışıb. 

Etirazçı bununla da, moda sənayesinin israfçı yan təsirlərini vurğulamaq istədiyini qeyd edib.

Həmin şəxs təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirilib. 

“Louis Vuitton”un moda nümayişində etiraz “Louis Vuitton”un moda nümayişində etiraz