Əfsanəvi müğənni Freddi Merkurinin yaxın dostu Meri Ostin verdiyi müsahibədə musiqiçinin külünün səpildiyi yeri artıq 35 ildir ki, sirr olaraq saxladığını etiraf edib.

OLAY yazır ki, bu, sənətçinin son arzusu olub. O, külünün harada səpildiyini hətta ailə üzvlərinin belə bilməsini istəməyib.

Meri bildirib ki, yaxınlarının belə bir sirrlə barışmasının nə qədər çətin olduğunu çox yaxşı anlayır. “Düşünürəm ki, mən Freddinin valideynlərinin və ya bacısının yerində olsaydım və onun külünün harada səpildiyini bilməyimə icazə verilməsəydi, mən də inciklik və məyusluq hiss edərdim. Amma o, bu missiyanı mənə həvalə etmişdi və mən də bunu yerinə yetirdim. Dəfələrlə onlara dedim: “Çox, çox təəssüf edirəm, amma bu sirri aça bilmərəm”” deyə Ostin bildirib.

Ostinin sözlərinə görə, zaman keçdikcə Freddinin anası da bu vəziyyəti qəbul edə bilib.

Külünün hara səpildiyini yalnız o bilir!