Şahzadə Harri bu ay ABŞ-də altı il yaşadıqdan sonra ailəsi ilə birlikdə Böyük Britaniyaya qayıdıb.

OLAY yazır ki, indi isə o, kral ailəsinin həyat yoldaşı Meqan Markldan üzr istəməsini istəyir.

Harri ilk növbədə Vindzorlardan Meqan qarşısında üzr istənilməsini gözləyir. Söhbət onların 2020-ci ildə ABŞ-yə köçməsindən sonra Sarayın onlarla necə rəftar etməsindən gedir.

Həmçinin qeyd olunur ki, Harri dəfələrlə atası, Kral III Çarlzın yaxın çevrəsini onların barışmasına mane olmaq cəhdlərində ittiham edib.

“Kral ailəsi arvadımdan üzr istəməlidir…”