Əməkdar artist Könül Kərimova ilə şairə Nazilə Səfərli arasındakı mahnı qalmaqalı alovlanıb.

OLAY yazır ki, Kərimova “Rəngarəng”də Naziləyə cavab verib:

“İllər sonra başa düşdüm, belə xoşagəlməz məqamlarla demək olar heç üzləşməmişəm Mahnı seçəndə çox diqqət etmək lazımdır ki, musiqi kimə aiddir, sözlər kimindir. Bunlara diqqət etsək, belə şeylərlə üzləşmərik. Mənim üçün böyük dərsdir, nəticə də çıxarmışam. Bundan artıq fikir bildirmək istəmirəm. Mahnının bəstəkarı mənəm. Vaxtnda səhv etmək lazım deyilmiş. Mən onu bloka atmışam, nə etməliyəm ki? Sizcə, düz etməmişəm?”.

Bundan sonra Nazilə instaqramda bu sözləri qeyd edib:

“Sözlərim əqlı mülkiyyətimdir. Mənim mülkümü heç kim mal-pay edib varlanmaalı... Necə ki, mən hər kəsin yaradıcılığına hörmətlə yanaşıram, hörmət də gözləyirəm... Toylara və efirə tək gəlmişəm. Nə başım qapaz görüb, nə gözüm kölgə. Çətinliklə gəlmişəm, amma tək... Haqqımı tələb etmək nə vaxtdan suç olub?”.

Qeyd edək ki, Nazilə “Pərvizə görə”də sənətçi haqqında bunları söyləmişdi:

“Kim icazəsiz mahnılarımı oxumuşdu, hamısını yutubdan sildirdim. Könül Kərimova buna görə məni blok edib. Nüşabə adlı bir xanım mahnımı oxumuşdu, qıza xəbər göndərildi ki, mahnının müəllifi Nazilə Səfərlidir, silməlisiniz. O da dedi ki, mən Könül xanımdan icazə almışam. Dedim o zaman ödəniş edin, dedilər bu artıq işlənmiş mahnıdır. Könül xanım da dedi mən icazə vermişəm, kasıb qızdır, o zaman mən artıq mahnını sildirmişdim. O da sözünü yerə saldığıma görə məni blok etdi. Halbuki məni saymayan siz idiniz”.